Kokpit.az. bildirir ki, britaniya təmsilçisi əsas sponsorlaırndan olan OKX ilə birlikdə MCL38-in rəng çalarını dəyişib. Bolidin rəngi papaya narıncısından brazilyalı əfsanənin sarı, yaşıl və mavi rənglərinə dəyişdirilib.
Bolidin kokpitində Sennanın əfsanəvi sözləri, ön və arxa qanadlarda isə Sennanın adı vurulub. Beləliklə, McLaren komandası əfsanəvi sürücünü ölümünün 30-cu ildönümündə yad edəcək.
Qeyd edək ki, Ayrton Senna Monako Qran Prisində 6 dəfə qalib gəlib və bunlardan beşini McLaren-lə edib.
McLaren-in rəhbəri Zek Braun: “Komanda Ayrton Sennanın mükəmməl həyatını və yarış mirasını xatırlamaq üçün McLaren-in yeni rəng çalarını təqdim edir. Senna Formula 1-in ən böyük əfsanəsidir və MCLaren-lə ən çox mükafatı o qazanıb. buna görə də hörmətə layiqdir. Onun McLaren üzərindəki təsiri sadəcə yarış rekordları ilə yox, eyni zamanda komandadakı izi və mirasından asılıdır. Buna görə də ən uğurlu olduğu trasda yaşıl, sarı və mavi rəng çaları ilə yarışmaq bizim üçün şərəfdir”.
Senna rəng çalarının üzərində 12 ay işlənilib və prosesin bütün mərhələlərində Senna ailəsi komandaya dəstək verib.
Şərh əlavə et