Xəbəri Kokpitdə Oxuyun!

McLaren Sennanı yad edəcək

McLaren komandası Monako Qran Prisində ə.fsanəvi sürücüləri Ayrton Sennanı yad etmək üçün xüsusi rəng çalarında yarışacaq

Kokpit.az. bildirir ki, britaniya təmsilçisi əsas sponsorlaırndan olan OKX ilə birlikdə MCL38-in rəng çalarını dəyişib. Bolidin rəngi papaya narıncısından brazilyalı əfsanənin sarı, yaşıl və mavi rənglərinə dəyişdirilib.

Bolidin kokpitində Sennanın əfsanəvi sözləri, ön və arxa qanadlarda isə Sennanın adı vurulub. Beləliklə, McLaren komandası əfsanəvi sürücünü ölümünün 30-cu ildönümündə yad edəcək.

Qeyd edək ki, Ayrton Senna Monako Qran Prisində 6 dəfə qalib gəlib və bunlardan beşini McLaren-lə edib.

McLaren-in rəhbəri Zek Braun: “Komanda Ayrton Sennanın mükəmməl həyatını və yarış mirasını xatırlamaq üçün McLaren-in yeni rəng çalarını təqdim edir. Senna Formula 1-in ən böyük əfsanəsidir və MCLaren-lə ən çox mükafatı o qazanıb. buna görə də hörmətə layiqdir. Onun McLaren üzərindəki təsiri sadəcə yarış rekordları ilə yox, eyni zamanda komandadakı izi və mirasından asılıdır. Buna görə də ən uğurlu olduğu trasda yaşıl, sarı və mavi rəng çaları ilə yarışmaq bizim üçün şərəfdir”.

Senna rəng çalarının üzərində 12 ay işlənilib və prosesin bütün mərhələlərində Senna ailəsi komandaya dəstək verib.

Bianka Senna: “Həm McLaren, həm də McLaren Automotive ilə ortaqlıq quraraq bu xüsusi rəng çaları vasitəsilə Sennanı yad edəcəyik və bu böyük şərəfdir. Hər iki maşında onun rənglərini istifadə etmək onun həyatını və mirasını yad etməyin ən yaxşı yoludur. McLarne onun üçün çox şey ifadə edirdi və bir yerdə çoxlu uğurlar qazandılar. Bunların əksəriyyəti müasir dövrdə də xatırlanır. Ona ən çox həzz verən və çoxlu uğur qazandığı Monako yarışını izləmək gözəl olacaq”.
Senna McLaren tarixinin ən uğurlu sürücüsüdür. O, karyerası ərzində qalib gəldiyi 41 yarışdan 35-ni məhz McLarendə qazanıb. Komandada qaldığı müddətdə üç Sürücülər, dörd Mühəndislər Çempionatının qazanılmasında önəmli rol oynayıb.
McLaren rəng çalarından başqa McLaren Senna adlı xüsusi avtomobilin bir buraxılışlı versiyasını təqdim edib. Bu versiya Senna Sempre adlandırılıb. Maşın McLaren bolidinin Monako rəng çaları ilə eyni rəngdədir və üzərində Ayrton Senna portreti var.

Rauf Hacıyev

Şərh əlavə et