Kokpit.az bildirir ki, Red Bull komandası cümə sərbəst yürüşlərində çox zəif təsir bağışlamışdı. Lakin şənbə günü Maks Ferstappen növbəti poulunu bayram edib. Buna baxmayaraq, Red Bull-da boksun bir tərəfində bayram olsa da, digər tərəfində hamının əhvalı pozulub, çünki Serxio Peres ikinci sessiyada ələnərək, son sessiyaya qala bilməyib.
Serxio Peres: “Bolidi sazlayarkən onunla çox oynadıq. Sıralanma turuna az fərqlə girsək də, birinci sessiyaya pis başladım və pis dövrə vurdum. Daha sonra yerimizin yaxşı olduğunu öyrəndik.
Buna görə də ikinci sessiyaya yeyilmiş təkərlərlə çıxdım. İkinci cəhdimdə təzə təkərlərə keçdikdən sonra arxa tərəfdə gözləmədiyim ilişmə hiss etdim və buna öyrəşmək bir az vaxtımı aldı. Yeddinci döngəyə girəndə düz getdim və orada 0.25 saniyə itirdim.
Maksın performansı göstərir ki, maşın inkişaf edib, amma mən bunu son sessiyaya keçməməklə göstərə bilmədim. Yarışda əsas məqsədimiz bacardığımız qədər çox xal qazanıb, zərəri minimuma endirmək olacaq”.
Şərh əlavə et