Kokpit.az xatırladır ki, niderlandlı sürücü İmolada həftəsonuna ideal başlamasa da, dünən poul qazanmışdı. Üçqat Dünya Çempionu bu gün poulu qələbəyə çevirərək, çempionatda liderliyini bir az da yaxşılaşdırıb.
Düzdür, Maks yarış ərzində rəqiblərindən üstün olub və ən yaxın izləyicisi Lando Norrislə fərqi bir ara 7 saniyəyə qədər qaldırıb. Amma yarışın son 15 dövrəsində Ferstappen təkərləri ilə bağlı problem yaşayıb. Bundan istifadə edən Lando Norris fərqi 1 saniyənin altına salsa da, hücum cəhdi edə bilməyib. Bununla da son 3 ilin Dünya Çempionu Maks karyerasında 59-cu qələbəni bayram edib.
Maks finiş xəttini keçdikdən sonra komandasına radiodan belə deyib: “Bunun üçün çox işləməli oldum. Həftəsonuna başlanğıcı nəzərə alsaq, əla yarış keçirdik”.
Yarışdan sonra Maks Ferstappen təəssüratlarını belə bölüşüb: “Bütün yarış ərzində fərqi artırmaq üçün əlimdən gələni etdim. Medium təkərlərdə çox güclü idik. Hard təkərlərdə isə son 10-15 dövrə çox çətin idi.
Artıq asfaltla ilişməm yox idi. Çox sürüşürdüm. Landonun yaxınlaşdığını gördüm. Təkərlər lazımi qədər ilişməyəndə limitdə sürmək çətin olur. Çox səhv etməyi nəzərə ala bilməzdim və etmədik də. Qazandığım üçün sevincliyəm.
Cümə günündən sonra maşında çox şeyi dəyişdirdik. Yarışda çox məlumatımız yox idi. Bəlkə də elə buna görə Hard təkərlərfə problem yaşadıq.
Həftəsonuna başladığımız vəziyyəti nəzərə alsaq, pouldan və qələbədən razı qala bilərik”.
Şərh əlavə et