Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: Yarış çətin keçəcək

Red Bull komandasının rəhbəri Kristian Horner düşüdünür ki, İmola yarışı onıar üçün çətin keçəcək.

Kokpit.az xatırladır ki, Red Bull komandasl Emiliya Romanya Qran Prisinə pis başlamış və cümə sərbəst yürüşlərində zəif təsir bağışlamışdı. Lakin “qırmızı öküzlər” sıralanma turunda Maks Ferstappenlə geridönüş ediblər və poul qazanıblar.

Kristian Horner: “Cümə günü yaşadığımız çətinliklərdən sonra bu performans mükəmməl idi. Komanda gecə ərzində yaxşı işlədi. İngiltərə bazada Sebastyen Buemi bütün gecə simulyatorda işlədi.

Bolidin inkişaf etdiyini üçüncü sərbəst yürüşlərdə gördük. Mühəndislər sıralanma turundan əvvəl bolidi bir az da yaxşılaşdırdılar və sonra hər şey Maksa qaldı.

Maks doğrudan da bunu bacardı. Pouldan sonra çox vaxt emosiyalarını göstərmir, amma indiki reaksiyası çox şeyi ifadə edir.

Bu, Maks üçün böyük uğurdur, çünki Sennanın ardıcıl 8 poul qazanma rekordunu təkrarladı. Bunu bacarmaq çox gözəldir.

Yarış çətin olacaq. McLaren və Ferrari çox sürətlidirlər. Arxayınlaşmırıq. Çox çətin yarış olacaq, amma yarışa ən yaxşı yerdən başlayırıq”.

Rauf Hacıyev

Şərh əlavə et