Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Özümüzə inanırıq

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, yarış üçün özlərinə inanırlar.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü poul qazanmağa yaxın idi, amma son sektorda səhv edərək, poulu əldən verdi. Lakin gənc sürücü sabahkı yarış üçün özünə inanır.

Oskar Piastri: “Çox yaxşı idi. Son döngə bir az pis idi, amma burada mükəmməl dövrə vurmaq çox çətindir. Buna görə doğrudan da sevinirəm. Dünən trasa çıxdığımız andan etibarən maşında rahat idim. Poula yaxın olduğum üçün sevincliyəm. Çoxdandır belə nəticə əldə etmirdim.
Görək sabah nə olur. məncə, bütün həftəsonu ərzində tempimiz yaxşı idi. Əlbəttə, Maks və Red Bull-u da unutmaq olmaz, amma özümüzə inanırıq. Bura ötmələr üçün əlverişli deyil, amma inanırıq ki, yaxşı işlər görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et