Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen simulyatorda işləyib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, İmola yarışından əvvəl simulyatorda çoxlu vaxt keçirib. 

Kokpit.az xatırladır ki, “qırmızı öküzlər” Mayamidə qələbəni əldən vermiş və buna görə çox məyus olmuşdu. Avstriyalılar bu həftə keçiriləcək İmola yarışı üçün yeniliklər hazırlayıblar və bazada çoxlu vaxt keçiriblər.

Maks Ferstappen: “İmola əfsanəvi trasdır və burada yarışmaq həmişə maraqlıdır. Keçən il ləğv olunan yarışdan sonra buraya qayırdığımız üçün çox sevindliyik.  Komandamız keçmişdə İmolada yaxşı nəticələr qazanıb. Bura ənənəvi traslardandır və texniki, çətin döngə ardıcıllıqları və əylənmə zonaları var. 
Komandamız həm bazada, həm də trasda çox işləyir və mən də simulyatorda çoxlu vaxt keçirdim. Əlbəttə, Avropaya qayıtmaq gözəldir və bu həftəsonunun bizə nələr gətirəcəyini görmək üçün indidən səbirsizlənirəm”.
Serxio Peres: “Avropaya geri qayıtdığımız və İmolada yarışacağımız üçün sevincliyəm, çünki keçən il burada yarış baş tutmamışdı.  Burada hava şəraiti həmişə çətinlik yarada bilir və bu da özü ilə əlavə çətinliklər gətirir. Buna görə də sərbəst yürüşlərdə iş rejimi məhdud olur və sıralanma turunda bizə təsir edir. Ümid edirik ki, bu həftəsonu yağış yağmaz. İndiyə kimi cümə və şənbə gününün proqnozları cəsarətverici görünür. Əgər həmin günlər uğurlu ola bilsək, bazar günü yarışa daha yaxşı hazırlaşa bilərik.
Bu həftə komandanın bazasında idim və İmolada daha yaxşı ola bilmək üçün sazlanmaların üzərində işlədik. Lakin yaxşı nəticə üçün komanda həftəsonu ərzində doğru qərarlar almalıdır. Əgər stabil işləsək, podiuma yüksələ bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et