Xəbəri Kokpitdə Oxuyun!

Lekler üstünlüyünü davam etdirib

Hamı çempionatın Avropaya dönüşünü səbirsizliklə gözləyirdi. Tanış qrafik, tarixi tras – Formula 1 vətənə qayıdıb.

Kokpit.az bildirir ki, həftəsonu tədbirlərinin çoxu 30 il əvvəl İmolada vəfat edən Roland Ratzenberger və Ayrton Sennanın xatirəsinə həsr olunub. Cümə axşamı Sebastyan Fettel aksiya keçirərək təkcə Formula 1, F2 və F3 gənclər seriyası sürücülərinin və mətbuat nümayəndələrinin deyil, həm də Stefano Domenikali və bir sıra komandaların rəhbərlərinin iştirak etdiyi yarış təşkil edib.

Hər iki Williams avtomobili seansın əvvəlində kuzovun alt hissəsindəki problemlərə görə işə başlaya bilməyib – onları dəyişdirmək lazım gəlib. Bu, vaxt aparıb, lakin sonra sürücülər trasa çıxa biliblər.

İlk məşqlərdəki kimi, yenə də bəzi insidentlər olub. Qasli 15-ci, Norris isə 18-ci döngədə çınqıllığa düşüb. Ferstappen də analoji səhvi edib, lakin trasa qayıda bilib. Şalr Lekler 1:15.906-lıq nəticə ilə yenə də hamını üstələyib. Ferrari bu trasda hələ ki, ən sürətli komanda təsiri bağışlayır, lakin qüvvələr nisbətini sabah daha aydın görə biləcəyik…

Elçin Zodorov

Şərh əlavə et