Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton seçimini açıqlayıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, əgər seçim edəsi olsa, Mercedes-ə öz yerinə Kimi Antonellini gətirər.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Mercedes komandasında keçirdiyi 12 mövsümdən sonra gələn il “gümüşü oxlar”ın sıralarını tərk edəcək və Ferrari komandasına qatılacaq. Lyuis Həmiltonun yerinə Mercedes-ə kimin gələcəyi isə hələ məlum deyil. Bu yer üçün əsasən Kimi Antonelli, Karlos Sayns, Fernando Alonso, Aleks Elbon və Maks Ferstappenin adı hallanır.

Lakin Maks Ferstappenin Red Bull-la 2028-ci ilin sonuna qədər müqaviləsi var. Fernando Alonso və Aleks Elbon isə komandaları ilə yeni müqavilə imzalayıblar. Bəzi iddialara görə Ədrian Nyui ayrıldıqdan sonra MAks Ferstappenin komandasına şübhəsi artıb və o, “qırmızı öküzlər”in 2026-cı ildə zəifləməsindən qorxur. Buna görə də niderlandlının Mercedes-ə keçmə ehtimalı artır.
Lyuis Həmilton: “Düzünü desəm, Totonun gələcək planları barədə heç nə bilmirəm. Amma gənc sürücü ilə işləmək daha yaxşı fikirdir. Əgər seçimi mən etəsydim, qətiliklə Kimi Antonellini transfer edərdim”.
Real düşünsək,  Mercedes komandasının gələn il üçün iki seçimi var – Karlos Sayns və Kimi Antonelli. İspaniyalı sürücünün Mercedes-dən təklif aldığı iddia edilir. Kimi Antonellinin isə Williams komandası ilə Formula 1-də debüt edəcəyi gözlənilir.
Almaniya mətbuatının xəbərinə görə Mercedes komandası Karlos Saynsa 1 ili opsiyonlu olmaqla ikiillik müqavilə təklif edir. Lakin 29 yaşlı sürücü gələcəyini təmin etmək üçün çoxillik müqavilə istəyir.
Lyuis Həmilton bu barədə də fikirlərini bölüşüb: “Məncə, Karlos Sayn çox yaxşı sürücüdür. Buna görə hara gedirsə-getsin, hər komanda üçün müsbət effekti olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et