Kokpit.az xatırladır ki, Sauber komandası bu il xal ala bilməyən iki kollektivdən biridir. İsveçrəlilər xoşagəlməz seriyanı bitirmək üçün əllərindən gələni edirlər.
Komandanın sürücüsü Valtteri Bottas: “İmolaya qayıtmaq gözəldir. Bura tarixi olan və sürməkdən həzz aldığım trasdır. Ümid edirəm ki, Avropaya qayıdışımız mövsümün taleyini dəyişdirər. Mayami bizim üçün pis keçsə də, oradan çox şey öyrəndik. Ümid edirəm ki, aldığımız dərsləri performansımıza əks etdirərik. Bu həftəsonu irəliyə doğru getməyə çalışacağıq. Ümid edirəm ki, ilk xallarımızı qazanarıq. Bunu etmək üçün yeniliklər hazırlamışıq. Avropa mövsümünə yaxşı başlamaq və sonra Monakoya getmək üçün səbirsizlənirəm”.
Sauber komandasının digər sürücüsü Quanyu Çjou da İmola üçün ümidlidir: “Bütün komanda iki həftədir ki, çox işləyir. Mayamidən sonra özümüzə gəlməyə və İmola üçün hazırladığımız yeniliklərə köklənirlər. Keçənilki yarışın ləğv edilməsindən sonra burada yenidən yarışmaq üçün səbirsizlənirəm.
Bolidimizdəki yeni detallar və Mayamidən fəqli olan İmola trasında yaxşı yarış keçirmək üçün yüksək əhvaldayıq. Əsas odur ki, ilk sessiyadan etibarən işlərimizi yaxşı görək. Sıralanma turunda yaxşı yer tutmaq çox vacibdir. Ümid edirəm ki, bazar günü xal uğrunda mübarizə apararıq”.
Şərh əlavə et