Xəbəri Kokpitdə Oxuyun!

Ferrari yeniliklərlə gəlir

Ferrari komandasının rəhbəri Frederik Vassyör imolaya yeniliklər gətirdiklərini təsdiqləyib. 

Kokpit.az xatırladır ki, Ferrari komandası yeni aerodinamik paket üzərində işləyir. Bu paket Fyorano trasında test edilib və italyanlar bu testdən sonra yenilikləri Emiliya Romanya Qran Prisinə gətirmək qərarı alıb.

Frederik Vassyör: “Evimizdən uzaqda olan yarışlardan sonra nəhayət ki, Avropada mövsümü rəsmi olaraq açılır. Yarış Maramellodakı mərkəzimizə ən yaxın olan və qurucumuzun adını daşıyan İmolada olacaq. Bundan başqa burada yenidən ənənəvi 3 sərbəst yürüşlü formata qayıdacağıq. Buna görə də qərara gəldik ki, yenilikləri buraya gətirək. Bu həftəsonu bizim üçün gərgin keçəcək, çünki burada yarışdan başqa həm də yenilikləri dəyərləndirəcəyik.
Həmişəki kimi rəqiblərimizlə çox yaxın mübarizə ola bilər. Bu da o deməkdir ki, sazlanmaları doğru etmək çox vacib olacaq. Keçən il buradakı yarış ləğv edilmişdi. İndi isə buraya gəldiyimiz üçün sevincliyik. Əminəm ki, tribunalar dolu olacaq. İnanırıq ki, yüksək nəticələr uğrunda mübarizə aparacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et