Kokpit.az xatırladır ki, Tailand əsilli britaniyalı sürücü 2022-ci ildən etibarən Williams-ın əsas sürücü oturacaqlarından birinin sahibidir.
Aleks Elbon: “Williams Racing-də qalmaqdan, belə istedadlı və fədakar insanlardan ibarət komanda ilə işləməyə davam etməkdən inanılmaz dərəcədə məmnunam. İlin başlanğıcı çətin oldu, lakin mən Williams-a qoşulduğumdan bəri biz birlikdə əhəmiyyətli irəliləyiş əldə etdik və görürəm ki, pərdə arxasında baş verən dəyişikliklər bizi yenidən zirvəyə qaldıracaq.
Bu, mənim inandığım uzunmüddətli layihədir və mən də öz rolumu oynamaq istəyirəm, ona görə də çoxillik müqavilə imzaladım. Bunu həyata keçirmək üçün vaxt lazımdır, lakin əminəm ki, biz irəliyə doğru addəm atmaq üçün düzgün komanda qururuq və növbəti illərdə böyük nəticələr əldə edəcəyik”.
Ceyms Vovls: “Aleksin Williams Racing-də uzunmüddətli gələcəyi var və biz bundan çox məmnunuq. O, güclü texniki bazaya və əzmkarlığa malik müstəsna istedadlı sürücüdür və onunla müqavilənin imzalamanması komandamız tədricən rəqabət formasına qayıtdığı üçün Williams-a inandığınının göstəricisidir.
Aleks bizə qoşulduğu andan etibarən təzyiq altında nəticələr uğrunda mübarizə aparmaq bacarığını nümayiş etdirdi və onunla çoxillik müqavilə imzalamaq layihəmizin digər mühüm elementidir. Bu, Williams-ın daha yüksək mövqelərə yüksəlməsinə imkan verəcək”.
Şərh əlavə et