Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli Sennanı yad edəcək

Alpine komandasının sürücüsü Pyer Qasli İmolada Ayrton Sennanı yad etmək üçün xüsusi dizaynlı dəbilqə ilə yarışacaq.

Kokpit.az bildirir ki, fransalı sürücü Çin yarışından sonra Ayrton Sennanın 1984-cü ildə sürdüyü Toleman TG183-ün sükanı arxasına keçmişdi.

Fransalı sürücü testdən sonra təəssüratlarını belə bölüşmüşdü: “Bu bolidi bir az sürə bildim. Tezliklə televiziyada onun xatirəsinə hazırlanmış veriliş yayımlanacaq və mən orada Toleman TG183-ü sürürəm. Bu təcrübəni həmişə xatırlayacağam.

Maşını enstouna apardıq və bütün komandaya göstərdik. Enstounda belə pozitiv əhval görmək gözəl idi. Komanda üçün fantastik gün idi. Ümid edirəm ki, bu bizə keçmişimizi xatırladar və gələcək üçün ilham verər. Yarışa hazırlaşmaq üçün simulyatorda yaxşı gün keçirdim”.

Pyer Qasli bu həftəsonu İmolada Ayrton Sennanın ölümünün 30-cu ildönümündə xüsusi dəbilqə ilə yarışacaq. Dəbilqə Sennanın dəbilqələrini xatırladır və sarı, yaşıl rənglərdən ibarətdir.

Pyer Qasli: “İmolada bütün dövrlərin ən yaxşı pilotlarından birinə və kumirimə hörmət edəcəm. Ayrtonun mirasını xatırlatmaq üçün onun dəbilqəsinə bənzər dəbilqədən istifadə edəcəm.

Yarış karyeram başlayandan Senna mənim ilham mənbələrimdən olub. Silverstounda onun ilk Formula 1 bolidi olan Tolemanı sürdüm. Bu xüsusi dəbilqə ilə o maşını sürmək gözəl təcrübə idi. Bu günü və hissləri unutmayacağam. Bunun reallaşmasında mənə kömək edənlərə təşəkkürlər”.

Rauf Hacıyev

Şərh əlavə et