Xəbəri Kokpitdə Oxuyun!

Mercedes növbəti yarışlar üçün ümidlidir

Mercedes komandasından Andryu Şovlin düşünür ki, növbəti yarışlar Mercedes üçün daha yaxşı keçəcək.

Kokpit.az xatırladır ki, Mercedes komandası bu mövsüm podium uğrunda mübarizə belə apara bilməyib. Lakin “gümüşü oxlar” növbəti Monako, Monreal və Barselona yarışlarının onlara uyğun olacağını gözləyirlər.

Əndryu Şovlin: “İmoladan sonra gələn Monako, Monreal və Barselona yarışları üçün səbirsizlənirik. Bunlardan ikisində yavaş döngələr var. Xüsusən də Monrealda bütün döngələr yavaşdır. Daha sonra Barselonada yarışacağıq. Orada şikan götürüldü və tras çox sürətlidir. Yəni ki, fərqli növ traslarda mübarizə aparacağıq.

Monakoda birdən-birə sürətlənməyi gözləmirik. Ancaq bu 3 trasda bolidimizin zəif yönləri daha çox ön plana çıxacaq”.

Rauf Hacıyev

Şərh əlavə et