Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq arzuolunmaz rekorda imza atıb

Haas komandasının sürücüsü Niko Hülkenberq yeni bir rekorda imza atıb – o, yarış qazanmadan ən çox yarışan sürücü kimi tarixə keçib.

Kokpit.az bildirir ki, keçən həftə Mayamidə 209-cu yarışına çıxan Niko Hülkenberq arzuolunmaz rekorda imza atıb. 2010-cu ildə Formula 1-də debüt edən almaniyalı sürücü hələ də podium görməyib.

Formula 1 tarixində yarış qazanmadan ən çox yarış keçirmiş sürücü isə 208 yarışla Andera de Çezarisdir. Ancaq Niko Hülkenberq Mayamidə qələbəsiz qaldıqdan sonra bu antirekordun yeni sahibi olub.

# SÜRÜCÜ Qran Pri Ən Yaxşı Nəticə
1 Nico Hulkenberg 209 4.
2 Andrea De Cesaris 208 2.
3 Nick Heidfeld 183 2.
4 Romain Grosjean 179 2.
5 Kevin Magnussen 168 2.
6 Martin Brundle 158 2.
7 Lance Stroll 148 3.
8 Derek Warwick 146 2.
9 Jean-Pierre Jarier 134 3.
10 Eddie Cheveer 132 2.

Rauf Hacıyev

Şərh əlavə et