Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin İmolaya yeniliklərlə gedəcək

Aston Martin komandasının rəhbəri Mayk Krak bildirib ki, İmola yarışına yeniliklər gətirəcəklər.

Kokpit.az xatırladır ki, Aston Martin hazırda ilk 3 komandadan çox geri qalır və “yaşıllar” Mayamidə xalı güc-bəla ilə alıblar.

Mayk Krak: “İmola Avropa mövsümünün başlanğıcıdır və məncə, oraya hamı yeniliklərlə gələcək. Yekunda loqistika, daşınma və digər sahələrdə vaxt qazanırıq. Buna görə də bizim üçün yaxşı fürsətdir. Bu səbəbdən bəzi dəyişikliklər edəcəyik”.

Aston Martin komandası ilk yarışlardan fərqli olaraq Mayamidə yarış tempində yaxşı işləyib. Lakin bu dəfə də sıralanma tempində geridə qalıb.

Mayk Krak: “Yarış üçün maşınımızı təkmilləşdirmişik. Belə olan halda bəlkə də, sıralanma tempimiz aşağı düşüb, çünki sprint yarışından sonra bizi kömək etsin deyə boliddə bəzi dəyişikliklər etdik və bu da sıralanma tempimizə təsir etdi.

Ancaq İmolada təkər yeyilməsi çoxdur. Buna görə də rəqiblərimizə nosbətdə harada olduğumuza baxmalıyıq. Yenə də trafikdə sürmək bizə vaxt itizdirir”.

Rauf Hacıyev

Şərh əlavə et