Kokpit.az bildirir ki, Ferrari komandası Lando Norrisin qazandığı Mayami yarışından dərhal sonra Şarl Leklerin yarış mühəndisini dəyişdirmə qərarı alıb.
Qeyd edək ki, Çavi Markos uzun zaman idi ki, Leklerin yarış mühəndisi idi və monakolu sürücü ilə münasibətləri bəzən çox gərginləşirdi.
Maranello komandası qısa açıqlama ilə bildiirb ki, Çavi yarış şöbəsindən tamamilə ayrılacaq və digər şöbələrdə işləməyə başlayacaq: “Scuderia Ferrari HP komandası 13 maydan etibarən Çavi Markosun təcrübəsindən başqa vacib proqramlarda faydalanacaq”.
Leklerin yeni yarış mühəndisi Brayan Botsi olacaq. O, indiyə kimi monakolu sürücünün performans mühəndisi kimi işləyirdi. Qeyd edək ki, Botsi 2012-ci ildən Ferrari komandasında işləyir.
Bu qərarın kim tərəfindən (Ferrari yoxsa Çavi) verildiyi isə müəmmalıdır.
Şərh əlavə et