Kokpit.az xatırladır ki, Niko Hülkenberq gələn ildən Sauber komandasının şərəfini qoruyacaq. Bu isə o deməkdir ki, Haas komandasında bir sürücü vakansiyası var.
Hazırda Haas və Ferrari komandalarının ehtiyat sürücüsü olan Oliver Berman bu vakant yerə ən real namizəd kimi görünür. Britaniyalı sürücü bu il Haas 6 sərbəst yürüşlərə çıxacaq.
18 yaşlı sürücü bu il Səudiyə Ərəbistanında Karlos Saynsı əvəzlədikdən sonra 7-ci olmaqla Formula 1-də yarışmaq şansını artırıb.
Ayao Komatsu: “Bu işlər bir-birinə bağlıdır. Formula 2-də özünü yaxşı tərəfdən göstərməlidir. Amma onunla birbaşa işləyəndə bütün müsbət və mənfi tərəfləri öyrənə bilərik. Yəni ki, onun bizimlə necə işləyəcəyini görməyim daha vacibdir. Amma Formula 2-də də özünü yaxşı tərəfdən göstərməlidir.
Onun üçün planlaşdırdığımız 6 sərbəst yürüş var və bunlardan ilki İmolada baş tutacaq. Onu necə inkişaf etdirəcəyimizi və birlikdə necə işləyəcəyimizi görmək üçün səbirsizlənirik”.
Şərh əlavə et