Xəbəri Kokpitdə Oxuyun!

Maqnussen cəzaya çox yaxındır

Haas komandasının sürücüsü Kevin Maqnussen 2025-ci ilin mart ayına qədər iki cəza xalı da alsa, bir yarışdan ixrac ediləcək.

Kokpit.az xatırladır ki, danimarkalı sürücü Mayami Qran Prisində özünü heç də yaxşı aparmayıb. O, sprint yarışında Həmiltonla aqressuv mübarizəsinə görə 4 cərimə balı, əsas yarışda isə Loqan Sarcentlə təmas etdiyi üçün 2 cəza xalı alıb. Beləliklə, onun lisenziyasında hazırda 10 cəza xalı var.

Formula 1 pilotları 1 il ərzində 12 cəza xalı aldıqlarında avtomatik olaraq 1 yarışdan ixrac olunurlar. İndiyə kimi bəzi sürücülər buna yaxınlaşsa da, hələ yarışdan ixrac edilən olmayıb. Yarışlardan ixrac edilən son sürücü 2012-ci ilin Belçika yarışında qəzaya səbəb olan Roman Qrojan olub.

İndi isə Kevin Maqnussen buna yaxın görünür, çünki son iki ayrzində 10 cəza xalı alıb və bu xallar 2025-ci ilin 9 martına qədər azalmayacaq.

Maqnussen iki cəza xalı da alsa, avtomatik olaraq 1 yarışdan ixrac ediləcək. Bu isə gənc Oliver Berman üçün fürsət ola bilər.

Qeyd edək ki, hazırsa Serxio Peresin 9, Ləns Strollun 7, Loqan Sarcent və Fernando Alonsonun 6 cəza xalı var.

Sürücü Xal Növbəti cəza balı silinməsi
DenmarkK. Magnussen 10 09.03.25 (3 points)
MexicoS. Perez 9 17.09.24 (1 points)
CanadaL. Stroll 7 09.07.24 (2 points)
United StatesL. Sargeant 6 03.09.24 (2 points)
SpainF. Alonso 6 24.03.25 (3 points)
United KingdomG. Russell 4 28.05.24 (2 points)
United KingdomL. Hamilton 4 29.07.24 (2 points)
GermanyN. Hulkenberg 3 28.05.24 (2 points)
JapanY. Tsunoda 3 04.06.24 (1 points)
NetherlandsN. deVries 2 02.07.24 (2 points)
ChinaG. Zhou 2 23.07.24 (2 points)
FinlandV. Bottas 2 29.10.24 (2 points)
NetherlandsM. Verstappen 2 18.11.24 (2 points)
AustraliaD. Ricciardo 2 21.04.25 (2 points)
FranceE. Ocon 1 04.05.25 (1 points)

Rauf Hacıyev

Şərh əlavə et