Kokpit.az xatırladır ki, Alfa Romeo şirkəti 2018-2023-cü illərdə Sauber komandasına titul sponsorluğu etmişdi. Lakin Sauber şirkəti Audi-yə satıldıqdan sonra italyanlar müqaviləni uzatmamış və idmandan getmişdilər.
Alfa Romeo şirkətinin adı bir ara Haas ilə hallansa da, sonda tərəflər razılaşa bilməmişdilər.
İndi isə Karlos Tavares bildirib ki, Alfa Romeo və Lancia avtoidmana qayıdacaq. Ancaq o, bunun nə vaxt olacağı barədə məlumat verməyib.
Karlos Tavares: “Avtoidman Alfa Romeonun genlərindədir və onları ayırmaq olmaz. Böyük ehtimalla ilin sonuna qədər qərar verilməyəcək, amma Alfa Romeo qətiliklə idmana qayıdacaq. Hər yarışda siz bəzi şeyləri düz etməlisiniz. Güclü başlamalı, daha çox inkişaf etməli, yüksək səviyyəyə çıxmalı, geriləmə və sonra yenidən başlama. Çempionata doğru zamanda gəlmək lazımdır”.
Tavares Lancia barədə də danışıb: “Bu tarixi markanı yenidən canlandırırıq. Ancaq avtoidmana qayıtmamışdan əvvəl şirkətin maliyyə vəziyyətindən də əmin olmalıyıq.
Stellantis-i qurduqdan sonra çox adam bizimlə danışıqlar aparmaq istədi və onlar məndən Alfa Romeo-nu satmağımı istəyirdilər. Mən isə həmişə yox dedim. Bundan başqa mənə dedilər ki, Lancia-nı bağla. Mən yenə də yox dedim.
Alfa Romeo-nu doğru yola gətirmişik və indi növbə Lancia-dadır. Bu brendi avtoidmana, xüsusən də ralliyə gətirəcək gücümüz və istəyimiz var. İlk fürsətdə bunu edəcəyik”.
Şərh əlavə et