Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Elə bildim qəza edəcəyik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Mayami yarışının ilk döngəsində az qala qəza edəcəkmiş.

Kokpit.az xatırladır ki, monakolu sürücünün maşını startda sürüşüb və Karlos Sayns onu keçməyə yaxın olub. Lakin arxadan təkərlərini kilitləyərək gələn Serxio Peres həm Karlos Saynsın, həm də komanda yoldaşı Maks Ferstappenin yarışını riskə salıb. Peresin bu hərəkətinə görə hər iki Ferrari sürücüsü əyləcə basmalı olub və yekunda Lekler ikinci yerini bərpa edib.

Yarışın davamında Lekler heç nə ilə yadda qalmayıb və təhlükəsizlik maşınında üstünlük qazanaraq, ilk qələbəsini alan Lando Norris və Maks Ferstappendən sonra üçüncü olub. Bununla da Lekler iki yarışlıq fasilədən sonra podiuma geri qayıdıb.
Şarl Lekler: “Start çox çətin idi. Çeko daxili trayektoriyada idi. Start yaxşı olmadı, çünki bolidim sürüşdü. Çekonu sağımda gördüm, amma ilişmə az olduğundan təkərləri kilitləndi. Düşündüm ki, hamımız qəza edəcəyik, amma oradan sağ çıxa bildik.  Bundan sonra öz yarışımıza fokuslanmalı idik.
Lakin bu gün performans cəhətdən bir az geridə idik. Əlimizdən gələnin ən yaxşısını etdik, ancaq Təhlükəsizlik Maşınının vaxtı yaxşı deyildi və ən köhnə təkərlər bizdə idi. Yenə də hər şeyə yaxşı nəzarət etdik. Üçüncü yer bizim üçün maksimum idi və bundan razıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et