Xəbəri Kokpitdə Oxuyun!

Mayami-2024: Norris qaliblər siyahısına daxil olub

McLaren komandasının sürücüsü Lando Norris Altıncı yerdən başladığı Mayami yarışında qalib gələrək, karyerasının ilk qələbəsini bayram edib.

Yarışın başlanğıcında Mayamidə şənbə günü ilə bənzər hava şəraiti olub. Göy üzü buludlu olsa da, yağış gözləntisi yox idi. Havanın temperaturu 28 dərəcə, trasın temperaturu isə 46 dərəcə idi.

Sürücülər yarış üçün fərqli strategiyalar seçiblər. Belə ki, Lyuis Həmilton, Fernando Alonso, Kevin Maqnussen, Daniel Rikkardo Hard, Valtteri Bottas Soft, digər sürücülər isə yarışa Medium təkərlərlə başlayıblar. Normal halda tək pit-stoplu strategiya gözlənilirdi.

Yarışın startında Maks Ferstappen yerini qoruyub. Yarışa ikinci yerdən başlayan ŞArl Lekler isə startda sürüşdüyü üçün gec sürətlənib və Karlos Sayns onu keçib. Artıq hər kəs Saynsın Lekleri keçdiyini düşünsə də,  4-cü yerdən start alan Serxio Peres ilk döngəyə girərkən təkərlərini kilitləyib və Karlos Saynsa çırpılmaqdan son anda qurtulub. Belə olan halda ispaniyalı sürücü ayağını qazdan çəkmli olub və Şarl Lekler yenidən ikinci yeri qaytarıb. Karlos Sayns isə temp itirdiyi üçün Oskar Piastriyə də keçilərək, 4-cü pilləyə geriləyib. Bundan sonra daha sürətli olan Piastri dördüncü dövrədə Şarl Lekleri də geridə qoyaraq ikinciliyə yüksəlib.

Bundan sonra yarış öz axarında gedib və Maks Ferstappen az da olsa, fərqi artıraraq, liderliyini qoruyub. 10 dövrfədən sonra sıralanma belə olub: Ferstappen, Piastri, Lekler, Sayns, Peres, Norris, Hülkenberq, Hamilton, Rassell, Tsunoda.

Yarışın 18-ci dövrəsində Serxio Peres pitə gedib və liderlər arasında pit-stop edən ilk sürücü olub. O, Medium təkərlərdən Hard təkərlərə keçib. Ondan bir dövrə sonra isə Şarl Lekler təkərlərini dəyişmək üçün boksa gəlib o da Peres kimi Hard təkərləri götürüb.

Yarışın lideri Maks Ferstappen 22-ci dövrədə şikanı kəsərkən döngədəki detallardan birini vurub trasa salıb. Stüardlar buna görə virtual təhlükəsizlik maşını rejimi başladıblar. Bundan istifadə edən Alonso, Okon və Maqnussen pitə gəliblər. Virtual təhlükəsizlik maşını qərarı veriləndə öndəki sürücülər ilk sektorda olduqları üçün bu rejimdən istifafə edə bilməyiblər.

Virtual rejim bitdikdən sonra Maks Ferstappen 24-cü dövrədə pitə gəlib və Hard təkərlərə keçib. Bundan sonra Oskar Piastri liderliyə yüksəlib. Onu Ferrari-dən Karlos Sayns və komanda yoldaşı Lando Norris izləyib.

Yarışın 27-ci dövrəsində isə Oskar Piastri və Karlos Sayns pitə gəliblər. Onlar trasa Şarl Leklerin arxasında qayıdıblar. Yarışın yeni lideri isə Lando Norris olub.

Yarışın 28-ci dövrəsində isə Loqan Sarcent və Kevin Maqnussen insident yaşayıblar və yekunda amerikalı sürücü bariyerlərə çırpılıb. Kevin Maqnussen sonradan bu insidentə səbəb olduğu üçün 10 saniyə cəza alıb. Bundan sonra trasa real təhlükəsizlik maşını girib.

Təhlükəsizlik maşınından istifadə edən Lando Norris 30-cu dövrədə pitə gəlib və trasa birinci yerdə qayıdıb.

Yarışın 32-ci dövrəsində təhlükəsizlik maşını trasdan çıxıb və Lando Norris yarışa restart verib. Restartdan sonra Maks Ferstappen liderlik üçün rəqibinə hücumlar etsə də, faydası olmayıb və britaniyalı pilot qələbənin ilk təməlini atıb.

Təhlükəsizlik maşınından sonra onluq belə olub – Norris, Ferstappen, Lekler, Piastri, Sayns, Peres, Tsunoda, Həmilton, Rassell, Okon.

34-cü dövrədə DRS-yə icazə verilsə də, Norris ikinci Ferstappenlə fərqi 1 saniyənin üzərinə çıxarmışdı. Əsl mübarizə isə Karlos Saynsla Oskar Piastri arasında idi. Ancaq avstraliyalı sürücü müdafiə olunarkən çox aqressiv idi.

35-ci dövrədə isə Lyuis Həmilton rəqibi Yuki tsunodanı keçərək, 7-ci yerə yüksəlib.

40-cı dövrədə isə Sayns nəhayət ki, Piastriyə hücum edərək, onu keçib. Amma ötmə vaxtı iki sürücü təmas yaşayıb və Piastrinin ön qanadı qırılıb. Avstraliyalı sürücü pitə girməli olub və trasa sonuncu yerdə qayıdıb.

Yarışn 48-ci dövrəsində isə Fernando Alonso aqressiv hücumla Esteban Okonu keçərək, 9-cu yerə yüksəlib.

Bundan sonra yarışın ilk onluğunda yaddaqalan mübarizə olmayıb və Lando Norris finişi birinci yerdə keçərək, karyerasının 110-cu yarışında ilk qələbəsini bayram edib.

Sıra Sürücü Komanda Vaxt Pit
1 Lando Norris McLaren 1:30:49.876 1
2 Maks Ferstappen Red Bull +7.612 1
3 Şarl Lekler Ferrari +9.920 1
4 Serxio Peres Red Bull +14.650 2
5 Karlos Sayns* Ferrari +16.407 1
6 Lyuis Həmilton Mercedes +16.585 1
7 Yuki Tsunoda RB +26.185 1
8 Corc Rassell Mercedes +34.789 1
9 Fernando Alonso Aston Martin +37.107 1
10 Esteban Okon Alpine +39.746 1
11 Niko Hülkenberq Haas +40.789 2
12 Pyer Qasli Alpine +44.958 1
13 Oskar Piastri McLaren +49.756 2
14 Quanyu Çjou Sauber +49.979 1
15 Daniel Rikkardo RB +50.956 1
16 Valtteri Bottas Sauber +52.356 2
17 Ləns Stroll** Aston Martin +55.173 2
18 Aleksander Elbon Williams +76.091 2
19 Kevin Maqnussen*** Haas +84.683 3

 

* – Karlos Saynsın nəticəsinə Ləns Stroll ilə insidentə görə 5 saniyə əlavə edilib.

** -Ləns Strollun nəticəsinə trasdan çıxaraq üstünlüyünü geri qaytarmadığı üçün 10 saniyə əlavə edilib.

*** -Kevin Maqnussenin nəticəsinə Loqan Sarcentlə insidentə görə 10, TM arxasında pit yoluna girərək təkər dəyişmədən çıxdığı üçün isə 20 saniyə əlavə edilib.

Sürətli dövrə: Oskar Piastri (McLaren) – 1:30.643 (43-cü dövrə, 214.394 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR

Pilot Komanda Dövrə Səbəb
Loqan Sarcent Williams 27 qəza

 

SÜRÜCÜLƏR ÇEMPİONATI

Sıra Pilot Komanda Xal
1 Maks Ferstappen Oracle Red Bull Racing 136
2 Serxio Peres Oracle Red Bull Racing 103
3 Şarl Lekler Scuderia Ferrari 98
4 Lando Norris McLaren F1 Team 83
5 Karlos Sayns Scuderia Ferrari 83
6 Oskar Piastri McLaren F1 Team 41
7 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 37
8 Fernando Alonso Aston Martin Aramco F1 Team 33
9 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 27
10 Yuki Tsunoda Visa Cash App RB F1 Team 14
11 Ləns Stroll Aston Martin Aramco F1 Team 9
12 Oliver Birman Scuderia Ferrari 6
13 Niko Hülkenberq MoneyGram Haas F1 Team 6
14 Daniel Rikkardo Visa Cash App RB F1 Team 5
15 Esteban Okon BWT Alpine F1 Team 1
16 Kevin Maqnussen MoneyGram Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU

Sıra Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 239
2 Scuderia Ferrari Ferrari 187
3 McLaren F1 Team Mercedes 124
4 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 64
5 Aston Martin Aramco F1 Team Mercedes 42
6 Visa Cash App RB F1 Team Honda RBPT 19
7 MoneyGram Haas F1 Team Ferrari 7
8 BWT Alpine F1 Team Renault 1

 

Rauf Hacıyev

Şərh əlavə et