Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Artıq vaxtı idi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, qələbənin vaxtı idi.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü beşinci başladığı yarışda qələbə qazanaraq, karyerasının 110-cu yarışında ilk qalibiyyətinə imza atıb.

Lando Norris: “Nə gözəl yarış idi. Artıq qələbənin vaxtı gəlmişdi. Bunu uzun zaman idi gözləyirdim və sonda bacardım. Sadəcə qürur duyuram. Bu müddət ərzində çox adam mənə şübhə ilə yanaşırdı. Qısa karyeramın son 5 ilində çox səhv etdim, amma birlikdə bu qələbəni qazana bildik.

Bütün həftəsonu bizim üçün yaxşı keçdi. Bəzi xırda problemlər yaşasam da, cümə günü sürətimizin yetərli olduğunu bilirdim. Sadəcə bəzi yarlərdə bir neçə səhv etdik, amma bu gün hər şeyi bir araya gətirə bildik. Mükəmməl strategiya seçdik və qarşılığını aldıq. McLaren-də hamıya təşəkkür edirəm. Təbii ki, anam və atama da təşəkkür edirəm. Bunların hamısı komanda üçün idi. McLaren-də qaldım, çünki onlara inanırdım. Bu gün də isbatladıq”.

Rauf Hacıyev

Şərh əlavə et