Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns cərimələnib

Ferrari komandasının sürücüsü Karlos Sayns yarışda Oskar Piastri ilə təmas etdiyi üçün 5 saniyə zaman cəzası alıb və beşinci yerə geriləyib. 

Kokpit.az xatrıladır ki, ispaniyalı sürücü Mayami yarışını 4-cü yerdə bitirin, amma bu cərimədən sonra Red Bull komandasının pilotu Serxio Peresin gerisinə düşərək 5-ci olub.

Karlos Sayns və Oskar Piastri yarışda dördüncü yer uğrunda mübarizə apararkən, bir neçə dəfə bir-birlərinə toxunublar. Hətta Sayns buna görə Piastriyə cəza da tələb edib. Amma 30 yaşlı pilotun tələblərinə məhəl qoyulmayıb. Bundan daha da qəzəblənən ispaniyalı sürücü yenidən hücuma keçib və bolidi sürüşdürərək də olsa, Piastrini geridə qoyub. Lakin bu anda Piastrinin ön qanadını zədələyib. Bununla da avstraliyalı sürücü pitə gedib və xalsız qalıb. Sayns isə dördüncü olub.

Stüardlar yarışdan sonra insidenti araşdıırblar və Saynsın təmasa səbəb olduğuna qərara gəliblər. Buna görə də Ferrari komandasının sürücüsünə 5 saniyə zaman cəzası verilib.

Stüardlar insident barədə belə şərh veriblər: “İnsidentin səbəbkarı 55 nömrəli maşındır. 55 nömrəli maşın gec əyləcə basıb və apeksi qaçırıb. Bu anda isə bolidin arxası sürüşərək, insidentə səbəb olub. 81 nömrəli maşın ötməyə qarşı müdafiə olunmaq üçün dönməyə çalışsa da, 55 nömrəli maşın yetərincə yer qoymayıb. Belə olan halda 55 nömrəli maşını günahkar görürük.

Yenə də 55 nömrəli maşının arxa tərəfi sürüşməsə, insident olmayacaqdı və biz bunu sərt yarış kimi qəbul edəcəkdir. İnsident üçün standart cəza 10 saniyə və 2 cəza xalıdır. Amma bəzi səbəbləri nəzərə alanda 1 cəza xalı və 5 saniyə vaxt cəzası veririk”.

Rauf Hacıyev

Şərh əlavə et