Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Ən əyləncəli dövrəm deyildi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, poul qazansa da, atdığı dövrədən həzz almayıb.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Mayamidə poul qazanaraq, ardıcıl yeddinci dəfə yarışa birinci yerdən başlamaq şansı əldə edib.

Maks Ferstappen: “Bolidi qətiliklə bir az təkmilləşdirdik. Nə olub bilmirəm. Buraya gələndə avtomobil və təkərlər çox qeyri-stabil olurlar. Birinci sektorda yaxşısınızsa, son sektorda yaxşı olacağınız şübhəlidir. Bunları bir yerə gətirmək çox çətindir. Sıralanma turunda da problem balans tapmaq idi. Karyeramın ən əyləncəli dövrəsi deyildi, çünki bolid çox sürüşürdü və belə olan halda özünüzdən əmin ola bilmirsiniz. Amma pouldayıq və əsas da budur.
 
Bu gün özümü bir az yaxşı hiss edirdim və istədiyim şey budur. Ümid edirəm ki, yarışda bizə kömək edər. Sprintdə nəyi səhv etdiyimizi bilitik. Əgər düzgün işləsəm, hər şey qaydasında olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et