Kokpit.az xəbər verir ki, Mayami küçələrdindəki yeganə məşqlərin və sprint sıralanma turunun qalibi Maks Ferstappen olub. Üçqat dünya çempionu sprint yarışında da qələbəni heç kimə verməyib.
Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Sürücülər trasın sürüşkən olmasından narazı olublar, lakin sıralanma turu başlamazdan əvvəl yolun işlənmiş rezin qatı ilə örtülməsi vəziyyəti yaxşılaşdırıb. Lakin təkərlər tez qızıblar və çox həssas olublar – adi bir hücum rejimində sürətlə yeyiliblər.
İlk sessiyada hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Çjou pit yoluna Rikkardonun qarşısında anidən çıxıb və avstraliyalı sürücü çinli həmkarının keçməsi üçün gözləməli olub. Sarcent sürətli dövrəsini tamamlamadan boksa qayıdıb, Bottas və Ferstappen ilk cəhdlərini qaçırıblar. Rikkardonun sağ arxa təkəri maneəyə toxunub. Dar trasda tıxac çoxlarına mane olub. Ferstappenin ən sürətli olması təəccüb doğurmayıb – 1:27.689. Çjou, Maqnussen, Rikkardo, Sarcent və Bottas mübarizədən ən tez qopan sürücülər olublar.
İkinci sessiyada Leklerin maşını daha da sürətlənib. Elbon 17-ci döngədə dayandıqda, demək olar ki, hamı sürətli dövrəsini tamamlaya bilib. Sarı bayraqlar dalğalanıb, lakin Aleks yoluna davam edib. İkinci cəhdlərdə Norris Medium, qalanları Soft təkərləri seçib. Lando digərləri ilə müqayisədə, nəticəsini yaxşılaşdıra bilməyib və xeyli geriləyib. Lakin yenə də ilk onluqda qala bilib. Leklerin 1:27.533-lük nəticəsi liderliyə kifayət edib. Alonso, Elbon, Okon, Qasli və Strollun nəticələri ilk onluğa düşməyə kifayət etməyib.
Son sessiyada Norris yenə Medium təkərlə trasa çıxıb. Bu tərkib onun maşınında daha yaxşı işləyib. Qalanları isə ən yumşaq tərkibə üstünlük veriblər. Maks ilk cəhddə üstün olub – 1:27,241. İkinci cəhddə Mercedes sürücüləri də orta təkərlərə keçiblər. Çünki yeni Soft təkərləri qalmayıb. Nəticələr yaxşılaşmayıb və ilk dövrəsi Ferstappenə təsnifat mərhələsinin qalibi olması üçün kifayət edib.
Maks Ferstappen mövsümün 6-cı yarışında 6-cı poulunu qazanıb. Bu, niderlandlı sürücünün karyerasında 38-ci, ardıcıl isə 7-ci pouldur. Onunla ilk cərgəni Şarl Lekler paylaşacaq. İkinci cərgədə Karlos Sayns və Serxio Peres, üçüncü cərgədə isə McLaren sürücüləri qərarlaşacaqlar.
Şərh əlavə et