Kokpit.az xatırladır ki, meksikalı sürücü Mayamidəki sprint yarışını Şarl Leklerin arxasında – üçüncü yerdə bitirib. O, startda Lekleri keçmək istəyərkən tras xaricinə çıxıb və Daniel Rikkardonun gerisinə düşüb. Lakin sonradan Danini keçib. Buna baxmayaraq, Leklerlə fərqi azalda bilməyib və üçüncülüklə barışıb.
Serxio Peres: “Yarışın əvvəlində Danieli keçmək çətin idi. Onu keçəndə Şarlla aramda üç saniyə fərq var idi və yarışın qısa olduğunu düşünsək, ona çatmaq çətin idi. Fərq iki saniyəyə qədər azaldırdım, amma ondan artıq yaxınlaşmaq çətin idi.
Burada azarkeşlər inanılmazdır. Onlarla birlikdə olmaq gözəldir və ümid edirəm ki, onlara gözəl yarış izlədə bilərəm”.
Şərh əlavə et