Kokpit.az xatırladır ki, monakolu sürücü Mayamidə birinci sərbəst yürüşlərdə yerində fırlanıb və sprint yarışının əvvəlində də səhv edib. Bütün bunlardan sonra o, tənqid hədəfinə çevrilib. Lakin Lekler sprint sıralanma turunda yekunda ikinci olub.
Şarl Lekler: “Sıralanma turu ardıcıl ikinci yarışdır ki, zəif nöqtəmizdir. Çix bir az yaxşı olsa da, bunu göstərəcək tempimiz yox idi. Burada birinci sərbəst yürüşlərdə sadəcə bir dövrə vurdum və buna görə də birbaşa sıralanma turuna başlamalı oldum. Birinci sessiyada sadəcə bir dəst təkərimiz bar idi və buna görə də çətin idi., amma mən özümü yaxşı hiss etdim. Mövsümün əvvəlindən təkərlərlə işləməyim burada bəhrəsini verdi. Buna görə sevincliyəm, çünki hazırda çox tənqid edilirəm. Sıralanma turunda pis performans göstərsəniz, tənqidlər artır. Belə tənqidləri dayndırmaq yaxşı oldu. İndi isə stabillik üzərində işləməli və bu səviyyədə qalmağa çalışmalıyıq. Təkərləri keçmişdəki kimi yaxşı işlətməliyəm”.
Şərh əlavə et