Kokpit.az xatırladır ki, monakolu sürücü Mayamidəki sprint yarışına ikinci yerdən başlayıb və finişə qədər yerini qoruyaraq, 7 xal qazanıb.
Şarl Lekler: “Çox yaxşı start aldım. Sözün açığı ilk döngədə çox risk almaq istəmədim, çünki sıralanma turunu düşünməli idim. Sprintdə qəza etsək, sıralanma turunu qatıla bilmətik.
Maksla mən çox gec əyləcə basdıq, amma sonda yerimizi qoruya bildik. Mən limitdə getsəm də, onlar bir neçə dövrə sürətli sürdülər. Sabah bizi uzun yarış gözləyir. Buna görə də sıralanma turunda mümkün qədər yaxşı nəticə qazanmaq vacib olacaq. Ümid edirəm ki, strategiya ilə onları təzyiq altında saxlayarıq”.
Şərh əlavə et