Xəbəri Kokpitdə Oxuyun!

Mayami Qran Prisindən əvvəl 8 sürücü güc qurğusunda dəyişiklik edib

Mayami Qran Prisindən əvvəl səkkiz sürücü yeni güc qurğusuna keçib. 

Kokpit.az bildirir ki, FİA bunu cümə günü sessiyalarından əvvəl yayıb. Açıqlamaya əsasən Ferrari, McLaren, Aston Martin və Sauber komandasının sürücüləri bir daxiliyanma mühərriyi, turbo, MGU-H və MGU-K generatoru götürüb. Bundan əlavə Ferrari komandasının sürücüləri üçüncü qazburaxma sisteminə keçiblər. McLaren və Aston Martin komandasının sürücüləri isə ikinci güc qurğularını götürüblər.

Bütün dəyişikliklər qaydalar çərçivəsində olduğu üçün heç kimə cəza gəlməyib.

Rauf Hacıyev

Şərh əlavə et