Kokpit.az xatırladır ki, sürücülər ilk iki sessiyada Medium təkərlərlə trasa çıxıblar və Lando Norris bu sessiyalarda zirvədə yer alıb. Lakin həlledici sayılan son sessiyada işlər dəyişib. Burada Soft təkərlərə keçən sürücülər 8 dəqiqəlik sessiyanın son 3 dəqiqəsində trasa çıxıblar. Çempionatın lideri son cəhdində səhvlər etsə də, poul qazanıb.
Üçqat Dünya Çempionu sessiyadan sonra belə açıqlama verib: “Doğrudan da özümü pis hiss etdim. Bəlkə də son sessiyada təkərlərin işləməsini təmin etmək çox çətin idi. Onsuz da ikinci sessiyada özümü yaxşı hiss etmirdim. Son sessiya da mənim üçün oxşar idi. Soft təkərlərlə özümü təkmilləşdirə bilmədim. Necə oldusa, birinci yeri tutdum. Bunu məmnuniyyətlə qəbul edirəm.
Amma burada sürməkdən həzz almadım, çünki sərbəst yürüşlərdə özümü yaxşı hiss edirdim. Çox rahat idim və özümə güvənirdim. Sıralanma turunda isə özümü çox da yaxşı hiss etmədim. Bəlkə də trasın quruluşundan qaynaqlanır. Sərbəst yürüşlərdə poul üçün mübarizə aparacağıma əmin idim, amma sıralanma turunda vəziyyət elə görünmürdü. Lakin birinci ola bildik. Son dövrədə rəqiblərimə nə oldu bilmirəm”.
Şərh əlavə et