Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Çətin idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen Mayamidəki sprint yarışında qələbəyə baxmayaraq, sevinmir. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü pouldan başladığı sprint yarışında liderliyi heç kimə qapdırmayıb və finişə birinci yerdə çataraq, növbəti qələbəsini əldə edib.

Maks Ferstappen: “Məncə, startda yaxşı tərpənmədim. Buna görə də Şarlı bir az sıxışdırmalı oldum. Ancaq birinci döngədə hər şey qaydasında idi və təhlükəsizlik maşını işləri  bir az sakitləşdirdi. Ondan sonra stabil formada tempi yüksəltdik, amma tamamilə mükəmməl deyildi. Yəni ki, hələ görməli olduğumuz işlər var. Ən azından indi yeni formatda bolid üzərində bir az sazlanma edə bilərik.

Ümid edirəm ki, sıralanma turunda və xüsusən də yarışda bəzi şeyləri təkmilləşdirə bilərik. Ancaq bu gün qazanmaq yaxşı oldu və bundan razıyam.

Çində özümü yaxşı hiss etmişdim. Bolidi sürməkdən həzz almışdım. Bura mənim üçün biraz çətin idi. Buna görə də bəzi şeyləri təkmilləşdirməliyəm”.

Rauf Hacıyev

Şərh əlavə et