Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen son anda poulda!

Mayami Qran Prisinin sprint sıralanma turu geridə qalıb. Maks Ferstappen son sessiyada atdığı dövrə ilə yenə də poul qazanıb.

Kokpit.az bildirir ki, sprint yarışının sıralanma turu da normal sıralanma turuna bənzəyir, amma burada sessialar qısa olur. 12 dəqiqəlik birinci sessiyada trasa ilk çıxan sürücü Şarl Lekler olub. O, sərbəst yürüşlərdə yerində fırlanaraq mübarizəni erkən dayandırmışdı. Buna görə də hamıdan əvvəl trasa çıxıb, itirdiyi vaxtı kompensə etməyə çalışır. Monakolu sürücü sıralanma turunda ilk cəhdində də az qala yerində fırlanacaqdı, amma maşınını yolda tuta bilib.

Medium təkərlərlə atılan ilk dövrələrdən sonra Maks Ferstappen 1.28.601 zaman nəticəsi ilə birinci yerə yüksəlib. Onu 0ş068 sanoyə geridən Oskar Piastri izləyib. Üçüncü yerdə Serxio Peres, dördüncü yersə isə Ləns Stroll qərarlaşıb. Karlos Sayns, Valtteri Bottas, Loqan Sarcent, Niko Hülkenberq və aleks Elbon isə ələnmə zonasında olublar.

Şarl Lekler sessiyanın bitməsinə 3 dəqiqə qalmış 1.28.654 zaman nəticəsi ilə üçüncü yerə yüksəlib. Bu anda sükanında sazlanmalar edən Bottasla Piastri az qala toqquşacaqdılar. Lakin son anda hər iki sürücü də reaksiya verərək, qəzadan qaçıblar. Bu insident stüardlar tərəfindən araşdırlmağa başlanılıb.

Birinci sessiyada ən sürətli sürücü Norris olub. O, 1.27.939 zaman nəticəsi ilə zirvədə yer alıb. Onu Oskar Piastri izləyib. Fernando Alonso üçüncü, Maks Ferstappen dprdüncü olyblar.

Birinci sessiyada ələnən sürücülər Pyer Qasli, Valtteri Bottas, Quanyu Çjou, Loqan Sarcent və Aleks Elbon olublar.

İkinci sessiya – Norris liderliyini qoruyur

Bu sessiyada ilk dövrələrdən sonra Norris yenə də zirvədə olub. Onu Peres, Lekler, Rikkardo, Piastri, Alonso, Sayns, Stroll və Hülkenberq izləyiblər. Son 4 dəqiqəyə girdikdə isə ələnməzonasında trasa yeni çıxan Ferstappen və Tsunoda, Həmilton, Okon və Maqnussen olub.

Vahid dövrədə uğursuz olan Tsunoda 15-ci yerdə qalıb. Maks Ferstappen isə dördüncü yeri tutmaqla həm növbəti sessiyaya adlayıb, həm də Rasselli 11-ci yerə atıb.

Beləliklə, Norris ikinci sessiyada da zirvədə olub. İkinci sessiyadan ələnən sürücülər isə Rassell, Həmilton, Okon, Maqnussen və Tsunoda olub.

Üçüncü sessiya – Ferstappen yenə pouldadır

Sprint sıralanma turunda McLaren komandası qan edirdi. Buna görə də son sessiya hamı üçün çox maraqlı idi. Çində sprint sıralanma turunda poul qazanmış Norris yenə də poula doğru gedirdi, amma burada belə deyiblər – sən saydığını say, gör Maks nə sayır.

Səkkiz dəqiqəlik sessiya başladıqdan sonra sürücülər heç tələsməyiblər. Səkkiz dəqiqədə onsuz da iki sürətli dövrə vurmaq mümkünsüzdür. Buna görə də pilotlar ilk 4 dəqiqəni gözləyiblər. Trasa çıxan ilmsürücü isə Niko Hülkenberq olub. Onu Ferstappen, Rikkardo və Peres izləyiblər. Bundan sonra digər 6 sürücü də trasa çıxıblar. Hülkenberq və Stroll işlənmiş Soft təkərlərlə, digər sürücülər isə təzə təkərlərlə trasa çıxıblar.

Maks Ferstappen 1.27.641 zaman nəticəsi ilə poul qazanıb. Onu Şarl Lekler və Serxio Peres izləyiblər. McLaren komandasının sürücüləri bu dəfə geridə qalıb. Piastri 6-cı, Norris 9-cu yerləri tutublar. Stroll işlənmiş təkərlərlə 7-ci olaraq, komanda yoldaşı Alonsonu geridə qoyub. Hülkenberq isə 10-cu yerlə kifayətlənib.

Rauf Hacıyev

Şərh əlavə et