Kokpit.az xatırladır ki, keçən il sprint həftəsonları cümə günü yeganə məşqlə başlayırdı, sonrasında isə əsas yarışın sıralanma turu keçirilirdi. Şənbə günü isə sırf sprint sıralanma turu və yarışına həsr olunurdu, bazar günü isə əsas Qran Pri baş tuturdu. Lakin bu il əsas yarışın sıralanma turu iki sprint sessiyasından sonraya keçirilib.
Valtteri Bottas: “Deməliyəm ki, yeganə məşqdən sonra dərhal əsas yarışın start düzümünü müəyyən edən köhnə format daha çox xoşuma gəlirdi. O vaxtlar hamının parametrləri dəyişdirə bilməməklə itirməli çox şeyi var idi”.
Ləns Stroll: “Yarışçıların bu məsələdə oxşar mövqeyi var. Şəxsən mən cümə günü günortadan sonra sprint yarışının, şənbə günü səhər isə əsas yarışın təsnifat mərhələsinin keçirilməsini istərdim. Avtomobilin sürətli dövrələrə nisbətən daha yavaş olduğu sprintdən sonra birbaşa sıralanma mərhələsinə keçməyin yaxşı olduğunu düşünmürəm”.
Serxio Peres: “Park Ferme rejiminin müvəqqəti ləğvi mexanikanın iş yükünü artırır, bunu nəzərə almaq lazımdır. Mövsümdə artıq 24 mərhələ var və şənbə sprintləri ilə onlar daha da çətinləşirlər. Düşünürəm ki, gələn il çalışanlarımıza daha yaxşı qayğı göstərmək üçün formatı bir az dəyişsək, bundan hamımız faydalanacağıq”.
Şərh əlavə et