Kokpit.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq və onun Audi-yə keçmək ehtimalı yüksəkdir. Lakin İspaniya mətbuatının yaydığı xəbərə görə Sayns Audi layihəsinin gələcəyindən ümidli olmadığı üçün onların təklifini rədd edib və o, Mercedes və Red Bull variantlarını dəyərləndirir.
Karlos Sayns: “Doğru qərar verdiyimə əmin olmaq istəyirəm. Buna görə də uzun çəkir və son qərarı verməmişdən əvvəl seçimlərə baxmaq istəyirəm. Məncə, Nikonun Audi-yə keçməsi onlar və Niko üçün çox məntiqli qərardır. Niko əla pilotdur. Onun istedadını görmüşəm. Audi üçün əla seçimdir. Onları və Nikonu təbrik edirəm, çünki son vaxtlarda Haas-da əla çıxış edir”.
Şərh əlavə et