1986-cı ildə Formula 1 çempionatında John Player Special Team Lotus komandası iştirak edib və bu seriyanın tarixində əfsanəvi qızılı-qara John Player Special livreyasını daşıyan sonuncu komanda olub. Həmin il, 4 nömrəli şassiyə malik olan Lotus 98T boldində əfsanəvi braziliyalı pilot Ayrton Senna çıxış edib. Əslində, belə simvolik rənglərə boyanmış bolid, məşhur braziliyalının idarə etdiyi sonuncu belə avtomobil olub. İndi həmin bolidin bir hissəsindən məhdud sayda buraxılmış Rec Watches saatlarında istifadə olunub.
Xronoqraf Classic Team Lotus ilə əməkdaşlıqda yaradılıb və şəkillərdən göründüyü kimi, onun tərtibatında eyni simvolik qara-qızılı rəng sxemindən istifadə olunub. Saat, siferblatı əhatə edən Chapter Ring halqası istisna olmaqla, əsasən paslanmayan poladdan hazırlanır. Bu halqa Lotus 98T bolidininnin orijinal hava girişlərindən götürülmüş alüminiumdan hazırlanıb. Saatın siferblatı sapfir şüşə ilə örtülüb, qayışı dəridən hazırlanıb, suya davamlılığı isə, 100 metrə qədər bəyan edilib.
Rec Watches hər birinin qiyməti 3,995 dollar olan 989 ədəd saat buraxacaq. Çatdırılmalara 2025-ci ilin martında başlanacaq. Hazırda 150-dən bir çox xronoqrafı sifariş etmək olar – qalanları artıq satılıb.
Autograph.az
Şərh əlavə et