Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Nyui Red Bull üçün böyük itkidir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ədrian Nyuinin ayrılığı heç də yaxşı xəbər deyil.

Kokpit.az xatırladır ki, Ədrian Nyui 2006-cı ildən bəri işlədiyi və 13 titul qazandırdığı Red Bull-dan ayrılma qərarı alıb və artıq Formula 1 komandasında işləməyəcək. Britaniyalı mühəndis gələn ilin ilk rübündə Red Bull-dan ayrılacaq və onun gələcək iş yeri çox güman ki, Ferrari olacaq.

Helmut Marko: “Nyuinin ayrılışı Red Bull üçün çox böyük itkidir. Son dövrlərdə gündəlik işlərə qarışmırdı. Hər detala, hər xırdalığa diqqət vermirdi, amma aerodinamik və mexaniki ilişməyə o nəzarət edirdi. Qazandığı böyük uğurlar onu əfsanə etdi. Son dövrlərdə gənc mühəndislərdən ibarət güclü komanda qurduq, ancaq 2026-cı ildə yeni texniki reqlamenti gəlir və keçmişdə qaydalar dəyişəndə Ədrian bu dəyişiklikləri ən yaxşı oxuyan mühəndis idi”.

Rauf Hacıyev

Şərh əlavə et