Xəbəri Kokpitdə Oxuyun!

RB komandası Mayami rəng çalarını təqdim edib

RB komandası Mayami Qran Prisində istifadə edəcəyi rəng çalarını təqdim edib.

Kokpit.az xatırladır ki, daha əvvəl Ferrari komandası Mayami Qran Prisi üçün fərqli rəng çaları hazırlayıb. Düzdür, azarkeşlərin Ferrari-dən gözləntisi başqa idi, amma onlar daha minimalist davranıblar.

RB Formula 1 komandası isə rəng çaları dəyişikliyində fərqli addım atıb və VCARB 01-i müxtəlif rənglərə boyayıb. Rəng çalarında çəhrayı və sarı detallar diqqəti cəlb edir. Bu rəng çaları Mayamiyə yaraşır. İtalyan komandasının arxasında böyük amerikan sponsorlar olduğu üçün bu seçim təəccüblü deyil.

Rauf Hacıyev

Şərh əlavə et