Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: David Sançez Alpine-ə keçib

McLaren komandasından ayrılan David Sançez artıq Alpine komandasının texniki direktorudur. 

Kokpit.az xatırladır ki, David Sançez bu ilin əvvəlində McLaren komandasına qatılmış, amma gözləntiləri qarşılaya bilmədiyi üçün iki tərəfin də razılığı ilə işdən çıxmışdı. 

Lakin o, çox işsiz qalmayıb və bu gündən etibarən Alpine komandasının yeni texniki direktoru olub. Sançez yeni vəzifəsi zamanı Enstoundakı texniki şöbəyə nəzarət edəcək və komandanın performans, mühəndislik aerodinamik şöbələrindən məsul olacaq. O, qısa müddət əvvəl açıqlanan üçyönlü texniki quruluşa rəhbərlik edəcək. Burada performans üzrə texniki direktor Şiron Pilbim, mühəndislik üzrə texniki direktor Co börnell və aerodinamika üzrə texniki direktor Devid  Viter işləyirlər və hər üçün Sançezə bağlı olacaqlar. Fransalı mütəxəssis bu gün komandaya qoşulacaq və o, birbaşa Bruno Faminə raport verəcək.

Qeyd edək ki, Sançez Formula 1 karyerasına 2005-ci ildə Enstounda Renault komandasında başlamış və həmin il Dünya Çempionu olmuşdu. O, daha sonra Ferrari və McLaren-də işləyib və xüsusilə “qırmızılar”ın heyətində uzun illər keçirib.

Rauf Hacıyev

Şərh əlavə et