Kokpit.az xəbər verir ki, İtaliyanın nüfuzlu Gazetta dello Sport-un yazdığına görə, Ferrari-nin rəhbəri Frederik Vassyör çərşənbə axşamı Mayamiyə uçmaq əvəzinə, Londona yollanıb. Frederik Adrian ilə görüşdə onu Ferrari-yə qoşulmağa və Lyuis Həmiltona daha bir titul qazandırmaq üçün inandırmağa çalışıb.
Gazzetta dello Sport görüşün başqa təfərrüatlarını təqdim etmir, lakin iddia edir ki, gələcək danışıqlar qaydasında keçərsə, Adrian Nyuinin Ferrari ilə müqaviləsi gələn həftənin əvvəlində elan edilə bilər.
Şərh əlavə et