Kokpit.az xatırladır ki, britaniyalı sürücü Çində yaxşı həftəsonu keçirib. O, sprint yarışında poul qazanıb. Əsas yarışda isə Red Bull-lardan birini qabaqlayaraq, yarışı ikinci yerdə bitirib. McLaren Mayamiyə yeniliklərlə gəlir və buna görə bu həftəsonu “Narıncılar”dan gözləntilər böyükdür.
Lando Norris: “Mayamiyə qayıtmaq üçün səbirsizlənirəm. Burada azarkeşlər həmişə inanılmaz ab-hava yaradırlar və təqvimdəki ilk Amerika yarışıdır.
Bu il Çində ikinci dəfə podiuma yüksəldik. Mayamidən əvvəl mühəndislərlə məlumatları təhlil edərkən bazada bu uğurumuzu qeyd etdik. Mayamidə bizi çətin həftəsonu gözləyir, amma əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Oskar Piastri də Mayami yarışı üçün səbirsilənir: “Bu mövsüm ilk dəfə Amerikada yarışacağır və çox səbirsizliklə gözləyirəm. Bu trasdakı ikinci yarışım olacaq. Keçənilki ab-hava çox gözəl idi və bunu yenidən yaşamaq istəyirəm”.
Şərh əlavə et