Avtomobilin kuzovu karbon lifindən istifadə edilməklə yenidən işlənib. Maşının yanlarından qapaqlarla gücləndirilmiş splitterli yeni ön bamper var. Bundan əlavə, arxa tərəfdə güclü diffuzor, və iri hava çıxışları nəzərə çarpır. Bütün bu komponentlər karbon lifindən hazırlanmışdır.
Qeyd edək ki, Rolls-Royce Spectre 2022-ci ildə təqdim edilib və avtomobilin kütləvi istehsalına 2023-cü ildə başlanılıb. Maşına ümumi gücü 585 at gücü olan iki elektrik mühərriki yerləşdirilib. Rolls-Royce Spectre 100 km/saata 4,5 saniyəyə sürətlənir, maksimal sürəti isə 250 km/saatdır. WLTP dövrünə uyğun olaraq, batareyanın tam doldurulması ilə qət edilə bilən maksimal məsafə 517 kilometrdir.
Mansory firması bir çox lüks brendin modellərinə cəsarətli tüninq versiyaları hazırlamaqla tanınır.
Şərh əlavə et