Kokpit.az bildirir ki, bolid gözlənilənin əksinə tam mavi yox, qırmızı-mavi rəng çalarında olacaq.
Boliddə istifadə olunan rənglər komandaya ilk Dünya Çempionluğunu qazandıran Alberto Askarinin geyindiyi mavi rəngdən bir ton açıq olan Azzuro La Plata və 1974-cü ilə qədər Arturo Merzario və Kley Reqatzoni kimi sürücülərin kombinezonlarında istifadə etdikləri daha tünd rəng olan Azzuro Dino olaraq qeyd edilib.
Bu həftəsonu komandanın sürücüləri Şarl Lekler və Karlos Sayns, komanda işçiləri mavi rəngli geyimlər geyinəcəklər.
Komanda Mayamidə bu rənglərdən istifadə etməklə Ferrari-nin Amerika bazarındakı 70-ci ildönümünü qeyd edir. Bundan başqa bolidin üzərində Ferrari-nin yeni sponspru HP-nin də loqotiplərini görəcəyik.
Şərh əlavə et