Kokpit.az xatırladır ki, Mercedes mövsümə pis başlayıb və ilk 5 yarışda podium uğrunda mübarizə belə apara bilməyib. Lakin komanda Mayamiyə gətirəcəyi yeniliklərdən sonra daha yaxşı nəticə gözləyir.
Komandanın texniki direktoru Ceyms Əllison: “Çindəki tras ön təkərlər daha çox yük mindirir. Mayamidə isə əsas yük arxa təkərlərə düşür və buna görə də maşını tamamilə fərqli sazlamalıyıq. Bizi ardıcıl ikinci sprint həftəsonu gözləyir və komanda Çindəki nəticələrdən yaxşı dərs çıxarıb. Ümid edirəm ki, maşınımız daha yaxşı vəziyyətdə olar və Mayami Qran Prisinə gətirdiyimiz yeniliklər bizə ön tərəfdə mübarizə aparmağa kömək edər.
Mübarizə o qədər yaxındır ki, saniyənin onda biri belə güc balansını dramatik formda dəyişdirə bilir. Hazırda balansda problem yaşayırıq və ümid edirik ki, bunları yeniliklərlə düzəldəcəyik”.
Şərh əlavə et