Kokpit.az xatırladır ki, “narıncılar” keçən mövsümə pis başlasalar da, Avstriya və sinqapur Qran Prislərindəki yeniliklərlə zirvəyə yaxınlaşmış və Ferrari, Mercedes kimi komandalarla mübarizə aparmışdılar.
McLaren bu il daha da güclənib və Mercedes-i geridə qoya bilib. Lakin fevral ayında komanda demişdi ki, builki bolid üzərində daha çox yeniliklər olacaq. İlk yenilik paketi isə bu həftəsonu Maymiyə gətiriləcək.
Andrea Stella: “Mayami yenilikləri ekçənilki Avstriya və Sinqapur yenilikləri qədər böyük olmayacaq, amma yaxşı addım atacağıq. Fərqi hiss etməliyik. Bundan artıq söz deyə bilmərəm, çünki əks halda rəqəmlər barədə danışmış olacağıq. Bunu gizli tutmaq istəyirəm. Lakin işlər gözlədiyimiz getsə, məsələn, aerodinamik borudakı statistika ilə üst-üstə düşsə, yeniliklər fərqini göstərəcək. Bu həmişə bizim üçün sual iarəsidir, çünki kolerasiyanın işləmə nisbəti son 12 ayda yaxşı olsa da, sürprizlər həmişə baş verə bilər”.
Şərh əlavə et