Kokpit.az Avstriyanın OE24 nəşrinə istinadən yazır ki, qarşıdan gələn Mayami Qran Prisində Mercedes rəhbərliyi ilə Maks Ferstappenin nümayəndələri arasında danışıqlar aparılacaq. Hazırkı dünya çempionuna çoxillik müqavilə təklif olunacaq və bu müqaviləyə əsasən, o, bonuslar daxil olmaqla, ildə 150 milyon avro qazanacaq. Bundan əlavə, Maksa təqaüdə çıxdıqdan sonra da Mercedes markasının səfiri olmaq təklif ediləcək.
Bildirilir ki, Mercedes Red Bull avtoidman məsləhətçisi Helmut Markoya iş təklifi edib. Görünür, Mercedes rəhbərliyi Marko ilə əməkdaşlığı davam etdirmək istədiyini dəfələrlə bildirən Ferstappenlə əvvəlcədən razılaşıb…
Xatırladaq ki, hər şeyin qaydasında getdiyi Red Bull komandasında Kristian Hornerin ətrafında cərəyan edən hadisələrdən sonra sanki hər şey alt-üst olub. Hətta Adrian Nyuinin də komandadan gedəcəyi bildirilir…
Şərh əlavə et