Xəbəri Kokpitdə Oxuyun!

RB komandası Mayamiyə yeniliklər gətirəcək

RB komandası Mayami Qran Prisi üçün yeniliklər gətirməyə hazırlaşır. 

Kokpit.az xatırladır ki, Visa Cashapp RB komandası mövsümə qənaətbəxş nəticələrlə başlayıb və iki yarışdan xalla ayrılıb. Onlar hazırda ilk 5 komandadan sonra 6-cı yerdə qərarlaşıblar. Bu isə orta qrupun lideri olmaq deməkdir. Lakin italyan komandasının Haas kimi rəqibi var və mübarizə üçün inkişaf etmək lazımdır. RB komandasının hazırda 7 xalı var. Əslində onlar Çində də xal almağa yaxın olsalar da, hər iki maşının mübarizəni dayandırması planları alt-üst edib. Orta qrup arasında fərq az olduğu üçün RB komandası sprint həftəsonu olan Mayamiyə belə yeniliklərlə gələcək.

RB Komandasının rəhbəri Loren Mekis: “Mayamiyə bu mübarizənin zirvəsində qalmaq üçün yeniliklər gətirəcəyik. Amma bu qrupda heç nə təmin olunmayıb. Əminəm ki, rəqiblərimiz də yeniliklər gətirəcəklər. Arxadakı 5 komanda arasında ən sürətli maşına sahib olduğumuza əmin deyilik. Amma bu hamı üçün əla mübarizədir. Komandanın kəskin həftəsonu keçirməsi üçün mükəmməl məşq və güclü yarışa ehtiyacı var”.

Rauf Hacıyev

Şərh əlavə et