Kokpit.az bildirir ki, Maks Ferstappenin qarşıdakı yarışda da qələbənin əsas favoriti olacağı gözlənilir. Onun şansının komanda yoldaşı Serxio Peresin şansından təxminən on dəfə yüksək olduğu təxmin edilir. Mayamidə qələbəyə iddialıların reytinqində üçüncü yeri Ferrari sürücüləri Şarl Lekler və Karlos Sayns bölüşür.
Maks Ferstappen – 1.16
Serxio Peres – 10.00
Şarl Lekler, Karlos Sayns – 15.0
Lando Norris– 20.00
Oskar Piastri, Lyuis Həmilton, Corc Rassell – 40.00
Mövsümün beş yarışı arxada qaldıqdan sonra bukmeker kontorları Maksın tituluna mərc etməyi faktiki olaraq dayandırıblar. Lakin ötən illərdə bu, mövsümün sonuna doğru baş verirdi. Əgər siz Ferstappenin çempionluq qazanmasına mərc etsəniz və o titul qazansa, yalnız mərcinizi geri ala bilərsiniz. Çünki əmsal 1-dir.
Maks Ferstappen – 1.00
Serxio Peres – 15.00
Şarl Lekler – 50.00
Karlos Sayns – 60.00
Lando Norris – 80.00
Mühəndislər Kuboku üçün olan mərcdə də vəziyyət oxşardır. Lakin burada fərq odur ki, Red Bull-un qələbəsinə pul qoyaraq sonda haqlı çıxsanız, qoyduğunuz məbləğin cəmi 100-də biri qədər əlavə qazancınız olacaq. Çox güman ki, növbəti yarışlarda biz burada da 1 əmsalını görəcəyik…
Red Bull – 1.01
Ferrari – 17.00
McLaren – 80.00
Mercedes – 200.00
Aston Martin, Alpine, RB, Sauber, Williams, Haas – 750.00
Şərh əlavə et