Xəbəri Kokpitdə Oxuyun!

Bizi isti Mayami günləri gözləyir

Mayami Qran Prisi üçün ilkin proqnozlar yarış həftəsonu günəşli və isti hava vəd edir.

Kokpit.az xəbər verir ki, cümə, şənbə və bazar günləri Mayamidə buludsuz hava şəraiti olacaq, havanın temperaturu hər üç gündə də 29 dərəcəyədək yüksələcək. Yağıntı ehtimalından bəhs edilmir.

Xatırladaq ki, keçən il də Mayami Beynəlxalq Avtodromunda bütün sessiyalar quru və günəşli hava şəraitində baş tutmuşdu.

Elçin Zodorov

Şərh əlavə et