Xəbəri Kokpitdə Oxuyun!

Mercedes Mayamiyə yeniliklər gətirəcək

Mercedes komandası növbəti Mayami yarışına yeniliklər gətirməyi planlaşdırır.

Kokpit.az xatırladır ki, Mercedes komandası Çində növbəti çətin həftəsonunu geridə qoyub. Lyuis Həmilton sprint yarışında ikinci olsa da, yarışda bu nəticəni təkrarlaya bilməyib. Əsas yarışda Corc Rassell 6-cı, Lyuis Həmilton isə 9-cu yeri tutublar. Komanda isə W15-in potensialını hələ də çıxara bilmir və buna görə “gümüşü oxların” heyətindəki hər kəs düşüncəlidir. Sprint yarışından sonra maşınılarda sazlanmalar dəyişdirilsə də, nəticəsi olmayıb. Bundan sonra Mercedes-in mühəndisləri qəbul edirlər ki, vəziyyətin nə yerdə olduğunu anlamayıblar.

Mercedes komandasının rəhbəri Toto Volff: “Bolidi sazlamaq və sürmək çətindir. Buna görə də performansımız qeyri-stabildir. Məncə, sprintdə Lyuis boliddən maksimumu aldı.

Mayami üçün yeniliklər gətirəcəyik və onların necə işləyəcəyi mənə maraqlıdır”.

Rauf Hacıyev

Şərh əlavə et